ROAS kalkulyatoru: reklam gəlirliliyi, CPA və zərərsizlik nöqtəsi

ROAS (Return on Ad Spend) reklama xərclənən hər manatın neçə manat gəlir gətirdiyini göstərir. Amma yüksək ROAS hələ mənfəət demək deyil: məhsulun marjası aşağıdırsa, ROAS 3 olanda belə zərər edə bilərsən. Bu kalkulyator həm ROAS-ı, həm də sənin biznesin üçün zərərsizlik nöqtəsini hesablayır.

ROAS

4.00

Break-even ROAS

3.33

CPA

12.50

Mənfəət

100.00

40/100

Az qaldı

Rekordun: 0

70 bal möhür verir

  • ROAS 4.00, zərərsizlik nöqtəsi 3.33: reklam özünü ödəyir
  • 25%+ ehtiyat: xərc artanda da zərərə düşmürsən
  • 50%+ ehtiyat: büdcəni artırmağa yer var

Missiya

Rekord: 0/3

1/3

Marja 25%-dir. Break-even ROAS neçədir?

Alət pasportu

0/5 möhür

Hər alətdə 70+ bal al, möhürü topla.

ROAS və CPA kalkulyatoru necə işlədilir

  1. 1Reklam xərcini yaz.
  2. 2Reklamdan gələn gəliri (satış məbləğini) yaz.
  3. 3Sifariş sayını yaz: CPA üçün.
  4. 4Məhsulun orta marjasını faizlə yaz: break-even ROAS üçün.

Hesablama düsturları

  • ROAS = Gəlir ÷ Reklam xərci
  • CPA = Reklam xərci ÷ Sifariş sayı
  • Break-even ROAS = 1 ÷ Marja
  • Mənfəət = Gəlir × Marja − Reklam xərci

Tez-tez verilən suallar

Yaxşı ROAS neçədir?

Universal rəqəm yoxdur. Sənin üçün minimum ROAS marjandan asılıdır: marja 25% olanda break-even ROAS 4-dür. Ondan aşağı hər ROAS zərərdir.

ROAS ilə ROI fərqi nədir?

ROAS yalnız reklam xərcini nəzərə alır. ROI isə məhsulun maya dəyəri, çatdırılma və işçi xərcləri daxil bütün xərclərə baxır.

Başqa alətlər

Mənə yaz