Məxfilik siyasəti
Məxfilik siyasəti turalrahim.com saytında hansı məlumatların toplandığını, onlardan necə istifadə etdiyimi və bu məlumatlar üzərində hansı hüquqlarınız olduğunu izah edir. Saytın sahibi və məlumatlara cavabdeh şəxs Tural Rəhimovdur (Bakı, Azərbaycan).
Hansı məlumatları toplayıram
E-poçt abunəsi. Footer-dəki formada yazdığınız e-poçt ünvanı yeni bloq yazıları haqqında məktub göndərmək üçün saxlanılır.
Qiymət təklifi və əlaqə formaları. Adınız, əlaqə məlumatınız (telefon və ya e-poçt) və mesajınız sorğunuza cavab vermək üçün saxlanılır.
Kurslara Google ilə giriş. Google hesabınızdan adınız, e-poçt ünvanınız və profil şəkliniz alınır. Bunlar hesabınızı tanımaq və dərslərdə irəliləyişinizi yadda saxlamaq üçündür. Google parolunuz mənə ötürülmür.
Oyunlar. Oyunu bitirəndə yazdığınız ad və nəticəniz liderlər siyahısında göstərilə bilər. E-poçt bu formada istəyə bağlıdır; yazsanız, yeniliklər üçün əlaqə siyahısına düşür.
Texniki və analitik məlumatlar. Sayt Google Analytics 4 və Microsoft Clarity işlədir. Onlar cookie vasitəsilə baxılan səhifələri, cihaz və brauzer növünü, təxmini yeri, kliklər və səhifədə hərəkəti anonim şəkildə toplayır. Bu data saytın hansı hissəsinin işlədiyini görmək üçündür, sizi şəxsən tanımaq üçün istifadə olunmur.
Məlumatlardan necə istifadə edirəm
Məlumatlar yalnız toplandığı məqsəd üçün işlədilir: sorğulara cavab vermək, abunəçilərə bloq məktubları göndərmək, kurs hesabını işlətmək və saytı yaxşılaşdırmaq.
Məlumatlarınızı satmıram, icarəyə vermirəm və reklam üçün üçüncü tərəflərə ötürmürəm.
Üçüncü tərəf xidmətləri
Analitika üçün Google Analytics (Google) və Microsoft Clarity (Microsoft), girişi üçün Google hesabı, məktub göndərmək üçün Gmail işlədilir. Bu xidmətlər datanı öz məxfilik siyasətlərinə uyğun emal edir.
WhatsApp, Instagram, LinkedIn və digər sosial şəbəkə linkləri sizi həmin platformalara aparır. Orada paylaşdığınız məlumat həmin platformaların qaydaları ilə qorunur.
Gələcəkdə reklam pikseli (məsələn, Meta və ya TikTok) qoşulsa, bu səhifə əvvəlcədən yenilənəcək.
Cookie-lər
Sayt iki növ cookie işlədir: zəruri cookie-lər (məsələn, kursa daxil olanda giriş sessiyası) və analitik cookie-lər (Google Analytics, Clarity).
Analitik cookie-ləri brauzerinizin ayarlarından silə və ya bloklaya bilərsiniz. Sayt bundan sonra da işləyir, yalnız kurs girişi üçün zəruri cookie lazımdır.
Saxlama və təhlükəsizlik
Formalardan gələn məlumatlar saytın öz serverində, HTTPS ilə qorunan bağlantı üzərindən saxlanılır. İdarəetmə panelinə yalnız mən daxil ola bilirəm.
Abunə e-poçtu abunəlikdən çıxana qədər saxlanılır. Hər məktubun sonunda abunəlikdən çıxma linki var; ona basanda ünvanınız dərhal siyahıdan silinir. Digər məlumatlar ehtiyac qalmayanda və ya silinməsini istəyəndə silinir.
Hüquqlarınız
Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa uyğun olaraq, haqqınızda hansı məlumatların saxlandığını öyrənə, onların düzəldilməsini və ya silinməsini tələb edə, razılığınızı istənilən vaxt geri götürə bilərsiniz.
Bunun üçün turalrahimov2002@gmail.com ünvanına yazın. Müraciətə 10 iş günü ərzində cavab verirəm.
Dəyişikliklər
Saytda yeni forma və ya xidmət əlavə olunanda məxfilik siyasəti yenilənir. Son dəyişiklik tarixi səhifənin yuxarısında göstərilir.