AI avtomatlaşdırma
Marketinqdə təkrarlanan işləri sistemə çevirirəm: müraciətləri bir CRM-də toplamaq, data yığımı, özü dolan hesabatlar və Telegram botları.
AI avtomatlaşdırmaya nələr daxildir
- Müraciətlərin mənbəsi ilə bir CRM-ə toplanması
- Özü dolan KPI və hesabat panelləri
- Influencer və rəqib datasının avtomatik yığılması
- Bildiriş göndərən Telegram botları
- Komanda üçün AI iş axınları
Bu işləri öz işimdə qurub işlədirəm: agentlikdə influencer araşdırmasını saatlardan dəqiqələrə salan baza, dörd saytı birləşdirən CRM, tender izləyən bot, gündəlik sosial media rəqəmlərini özü yazan KPI paneli.
Əvvəl hansı işin vaxt apardığına baxırıq, sonra ən çox qazandıracaq birindən başlayırıq. Məqsəd AI göstərmək deyil, komandanın vaxtını qaytarmaqdır.
Bu xidmətə ehtiyacın var?
Aşağıdakı düymə ilə qısa sorğunu doldur: sənə uyğun təklif hazırlayım.