Kiçik və orta biznes

Kiçik və orta biznes: təhsil, klinika, texnika və xidmət sahəsində 20-dən çox brend

Certified Academy, iZone, ODİM, Daraq, Esestetik Klinika, Data Gate, Tel Travel və başqaları üçün reklam, kontent və hesabat. Hər biznesdə ölçü vahidi fərqlidir: kimdə satış, kimdə real söhbət.

Certified Academy, ODİM saytları və yerli bizneslərin Instagram hesabları
Rolum
Meta reklamları, kontent, hesabat, komanda təlimləri
Dövr
2023-dən · freelance
İstiqamət
Meta Ads, Kontent, Təlim

Kimlərlə

Təhsil: Certified Academy (PMP, ACCA hazırlığı), ODİM (olimpiada və lisey hazırlığı), King Kids Club. Səhiyyə və gözəllik: Esestetik Klinika, Daraq. Texnika və xidmət: iZone, Data Gate, Cafetap, Tel Travel, Autobooking.az.

Necə işləyirəm

  • Uğur meyarı əvvəlcədən yazılır. Məsələn, Certified Academy-də ödəniş müraciət sayına yox, reklamdan gələn və cavab verən real söhbətə bağlıdır: ucuz, amma boş müraciət heç kimə lazım deyil.
  • Auditoriya bölgüsü: iZone-da iOS və Android istifadəçiləri üçün ayrı kampaniyalar, çünki müraciətin qiyməti iki qrupda fərqli çıxır.
  • Kontent tövsiyəsi datadan: ODİM-də hesabat real dərs və müəllim videolarına keçməyi göstərdi; təhsildə ən inandırıcı kontent budur.
  • Rəqib analizi: Tel Travel üçün rəqiblərin hesabları və reklamları yan-yana; heç birində aktiv reklam olmadığı fürsət kimi istifadə olundu.
  • Komanda təlimi: kiçik biznes komandaları üçün praktik master-klasslar.

Büdcələr və müştərinin daxili datası açıqlanmır.

Oxşar nəticə istəyirsən?

Digər keyslər

Mənə yaz