INNAB Business School

INNAB Business School: 50+ kurs üçün Meta reklamı, 2 ayda söhbət qiyməti −54%

50-dən çox təlim proqramı üçün Meta reklamları, texniki SEO və müraciət ölçməsi. Söhbət başına xərc iki ayda 54% azaldı.

INNAB Business School saytının ana səhifəsi
−54%
söhbət başına xərc, 2 ay
Rolum
Rəqəmsal marketinq: Meta reklamları, SEO, analitika
Dövr
2026 iyundan · hazırda
İstiqamət
Meta Ads, SEO, GA4
Keçid
innab.edu.az

Nə etdik

  • Meta reklamları: 50-dən çox kurs üçün kampaniyalar. İki ayda söhbət başına xərc 54% azaldı.
  • Texniki SEO: dublikat ünvanlar, canonical və hreflang, boş title və description-lar, sitemap və robots qaydaları.
  • Analitika: müraciət forması GA4-də generate_lead key event-i ilə ölçülür.
  • Forma xətası: DMA müraciət formasında 255 müraciətin bir neçə sahəsi bazaya boş düşürdü (sayt və server sahə adlarını fərqli yazırdı). Səbəbi tapıb düzəltdik, uğursuz göndəriş artıq istifadəçiyə göstərilir.
  • Instagram auditi: 6 ayın 127 postu təhlil edildi. Postların çoxu foto idi, halbuki Reels və karusel təxminən 1,5 dəfə çox bəyənmə alırdı.

Büdcələr və müştərinin daxili datası açıqlanmır.

Oxşar nəticə istəyirsən?

Digər keyslər

Mənə yaz