Assist Group

Assist Group: tibb və servis qrupu üçün 5 sayt və bir CRM

Alliance Clinic, Bakı Bərpa Mərkəzi, Sanidez və Alliance FM üçün saytları yenidən qurduq, köhnə ünvanların SEO dəyərini saxladıq, bütün müraciətləri mənbəsi ilə bir siyahıya topladıq.

Assist Group, Alliance Clinic, Bakı Bərpa Mərkəzi və Sanidez saytları
5
sayt, bir standart
1
CRM: bütün müraciətlər mənbəsi ilə
Rolum
Marketinq rəhbəri: strategiya, saytlar, ölçmə
Dövr
2026 avqustdan · layihə
İstiqamət
SEO, Vebsayt, CRM, Analitika
Keçid
assistgroup.az

Vəziyyət

Qrupun dörd şirkəti var idi və hər birinin saytı ayrı yazılmışdı. Xidmət mətnləri popup içində gizlənmişdi və Google onları oxuya bilmirdi. Bir saytda 135 dağınıq yazı var idi, amma ayrıca xidmət səhifəsi yox idi. Müraciətin hansı reklamdan gəldiyini heç bir sayt göstərmirdi.

Nə etdik

  • Struktur: saytlar axtarış niyyətinə görə quruldu. Reabilitasiya mərkəzində 135 köhnə yazıdan 14 xidmət, 27 xəstəlik və 18 müalicə üsulu səhifəsi çıxdı.
  • Köçürmə: köhnə ünvanlar yeni səhifələrə 301 ilə bağlandı, təkcə Bərpa saytında 186 yönləndirmə.
  • Müraciətin mənbəyi: dörd saytdakı 11 forma ilk və son mənbəni (UTM, açılış səhifəsi) yazır və bir CRM-ə düşür. Yeni müraciət Telegram-a dərhal gəlir.
  • WhatsApp: xidmət seçiləndə hazır mesajla açılan düymə, hər klik mənbəyi ilə hesabatda.
  • Kontent: klinika üçün 27 yazılıq laborator analiz klasteri və 70 analizlik bələdçi (AZ/RU).
  • Satış: dövlət satınalma portalını izləyib uyğun tenderləri satış komandasına göndərən Telegram botu.

Nəticə

Qrupun saytları eyni texniki standartdadır, marketinq qərarları «hansı kanal müraciət gətirir» datası ilə verilir.

Büdcələr və müştərinin daxili datası açıqlanmır.

Oxşar nəticə istəyirsən?

Digər keyslər

Mənə yaz